UEFA Konfrans Liqası: “Roma” və “Budyö Qlimt” növbəti mərhələdə
UEFA Konfrans Liqası: “Roma” və “Budyö Qlimt” növbəti mərhələdə
UEFA Konfrans Liqasının qrup mərhələsində V tura yekun vurulub.
Başa çatan matçlardan sonra daha 2 komandanın 1/8 finala vəsiqə qazanmasına aydınlıq gəlib.
A qrupunda İsraildə Təl-Əviv “Makkabi”sinə qalib gələn Avstriyanın LASK klubu və D qrupunda Çexiyada “Yablonets”lə heç-heçə edən Niderlandın “AZ Alkmaar” kollektivi vaxtından əvvəl növbəti mərhələyə yüksəlib.
C qrupunda isə matçlarını qələbə ilə başa vuran İtaliyanın “Roma” və Norveçin “Budyö Qlimt” komandaları ən azı pley-offa vəsiqəni təmin ediblər.
UEFA Konfrans Liqası, qrup mərhələsi
V tur
A qrupu
"Makkabi" (Təl-Əviv, İsrail) - LASK (Avstriya) - 0:1
B qrupu
"Anortosis" (Kipr) - "Gent" (Belçika) - 1:0
C qrupu
"Roma" (İtaliya) - "Zarya" (Luqansk, Ukrayna) - 4:0
"Budyö Qlimt" (Norveç) - "MOİK-Sofiya" (Bolqarıstan) - 2:0
D qrupu
"Randers" (Danimarka) - ÇFR (Kluj, Rumıniya) - 2:1
"Yablonets" (Çexiya) - “AZ Alkmaar” (Niderland) - 1:1