26 
Noy
2021
14:44
37
115
3333
Virtual karabakh

Bakıda uzaq məsafədən fərqlənmiş sabiq “Barselona”lının qolu həftənin ən yaxşısı seçilə bilər - VİDEO

26 Noy, 2021
14:44
3333

Bakıda uzaq məsafədən fərqlənmiş sabiq “Barselona”lının qolu həftənin ən yaxşısı seçilə bilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Konfrans Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.

Oxu.Az xəbər verir ki, Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə edən Kiprin “Omoniya” klubunun kapitanı Xordi Qomesin qolu da namizədlər siyahısında göstərilib.

“Barselona”nın sabiq 36 yaşlı yarımmüdafiəçisi 90-cı dəqiqədə meydanın mərkəzini tam keçməmiş uzaq məsafədən baxımlı qola imza atıb.

İspaniyalı oyunçunun bu nominasiyada rəqibləri Tomi Xorvat (“Mura”, Sloveniya), Lazaros Xristodulopulos (“Anortosis”, Kipr) və Edon Jeqrovadır (“Bazel”, İsveçrə).

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədən sonra bəlli olacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri