26 
Noy
2021
16:08
120
122
4187
Virtual karabakh

Azərbaycan Voleybol Federasiyasına rəhbər seçildi - YENİLƏNİB + FOTO

26 Noy, 2021
16:08
4187

Azərbaycan Voleybol Federasiyasına rəhbər seçildi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 26-də Azərbaycan Voleybol Federasiyasının hesabat-seçki konfransı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Sonra Azərbaycan Voleybol Federasiyasının hesabatı dinlənilib. Federasiya prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib.

Ardınca federasiya rəhbərliyinə seçkilər keçirilib. Cavid Qurbanov yenidən federasiyanın prezidenti, Faiq Qarayev I vitse-prezident, Cəlil Cəfərov (əvvəl federasiyanın baş katibi idi – S.M.) və Əbülfəz Hüseynov vitse-prezident vəzifəsinə seçiliblər.

Konfransda həmçinin Nicat Quliyev və Kamal Hüseynli Azərbaycan Voleybol Federasiyası İdarə Heyətinə üzv seçiliblər.

Konfransda federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də müzakirə olunaraq qəbul edilib.

15:00

Bu gün daha iki idman federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, saat 16:00-da Azərbaycan Voleybol Federasiyasında və bundan sonra Azərbaycan Velosiped İdmanı Federasiyasında oxşar yığıncaq baş tutacaq.

Hər iki tədbir Gənclər və İdman Nazirliyində baş tutacaq.

Qeyd edək ki, Voleybol Federasiyasının prezidenti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur. O, 2016-cı ilin oktyabrın 12-dən bu federasiyanın prezidentidir. Velosiped İdmanı Federasiyasının rəsmi prezidenti isə sabiq vergilər naziri Fazil Məmmədov sayılır. Onun yerinə müdafiə sənayesi naziri Mədət Quliyev namizəddir.

Xatırladaq ki, bu gün Azərbaycan Şahmat Federasiyasında prezident dəyişikliyi olub. Prezident postunda Mərkəzi Bankın sədri Elman Rüstəmovu SOCAR-ın Gürcüstan nümayəndəliyinin baş direktoru Mahir Məmmədov əvəzləyib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri