28 
Noy
2021
23:59
202
76
2201
Virtual karabakh

“Formula-1” komandasının təsisçisi vəfat etdi

28 Noy, 2021
23:59
2201

“Formula-1” komandasının təsisçisi vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” üzrə “Vilyams” komandasının təsisçisi Frank Vilyams vəfat edib.

O, 79 yaşında dünyasını dəyişib.

Vilyamsın ölümü ilə bağlı məlumatı onun qızı Kler yayıb. Artıq “Vilyams” komandası və “Formula-1”dən rəsmi açıqlama verilib.

Qeyd edək ki, Frank Vilyams ilk komandasını 1966-cı ildə qurub və 1969-cu ildən “Formula-1”də yarışmağa başlayıb. Daha sonra maliyyə problemləri üzündən Vilyams ilk komandasını satmaq məcburiyyətində qalıb.

O, 1977-ci ildə Patrik Hed ilə birlikdə ikinci komandasını yaradıb.

Məhz bu komanda mövcud olduğu müddətdə 9 dəfə Konstruktorlar Kubokunu qazanıb. Onun sürücüləri isə 7 dəfə fərdi yarışın qalibi olublar.

Frank Vilyams 1986-cı ildə avtomobil qəzası nəticəsində iflic olub. Lakin buna baxmayaraq, o, uzun müddət aktiv şəkildə komandaya rəhbərlik etməyə davam edib.

Mənbə: Sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri