29 
Noy
2021
10:56
68
58
2601
Virtual karabakh

Neymar 2021-ci ili erkən başa vurdu - FOTO

29 Noy, 2021
10:56
2601

Neymar 2021-ci ili erkən başa vurdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya millisinin və Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar ilin sonunadək meydana çıxa bilməyəcək.

Oxu.Az xəbər verir ki, o, Fransa çempionatının “Sent-Etyen”lə oyununda zədələnib.

İlkin tibbi müayinəyə əsasən, 29 yaşlı hücumçu altı həftə yaşıl meydanlardan kənar qala bilər. Bu da o deməkdir ki, hücumçu bu il meydana çıxa bilməyəcək.

Qeyd edək ki, cənubi amerikalı futbolçu qarşılaşmanın sonlarında topuğundan xəsarət alıb. O, 88-ci dəqiqədə Erik Dina ilə əvəzlənib və meydandan xərəkdə çıxarılıb.

İdmançı özü də zədənin idman həyatının bir hissəsi olduğunu, daha yaxşı və daha güclü şəkildə meydanlara qayıdacağını bildirib. Futbolçuya komanda yoldaşlarından Marko Verratti, Kilian Mbappe, həmçinin Memfis Depay, Rişarlison, Duqlas Kosta kimi aparıcı oyunçular və futbol əfsanəsi Pele dəstək olub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by NJ 🇧🇷 (@neymarjr)

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri