29 
Noy
2021
14:04
64
17
1991
Virtual karabakh

Azərbaycanın iki milli komandasına baş məşqçi təyinatı oldu - FOTO

29 Noy, 2021
14:04
1991

Azərbaycanın iki milli komandasına baş məşqçi təyinatı oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib.

Oxu.Az-a verilən xəbərə görə, tədbirdə federasiyanın baş katibi, icraçı direktoru və mətbuat katibinin, o cümlədən də üzgüçülük və su polosu üzrə milli komandalarının baş məşqçilərinin seçki yolu ilə təyin olunmaları, həmçinin qarşıda duran cari məsələlər müzakirə olunub.

Üzgüçülük Federasiyasının yaxınlarda yenidən prezidenti seçilmiş Xanlar Fətiyev öz bacarığı ilə seçilən, əvvəlki illərdə federasiyanın fəaliyyətinə öz töhfəsini vermiş Fərid Bənənyarlının baş katib postuna namizədliyini irəli sürüb və təklif İcraiyyə Komitəsinin üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Komitə üzvləri federasiyanın texniki direktoru kimi Kamran Hüseynovun, mətbuat katibi olaraq Məqsəd Rəhimovun, üzgüçülük üzrə milli komandanın baş məşqçi olaraq Rəşad Əbdürrəhmanovun və su polosu üzrə komandanın baş məşqçisi olaraq Azər Babayevin namizədliyini təsdiqləyiblər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri