29 
Noy
2021
16:12
68
15
1538
Virtual karabakh

FIFA klublararası dünya çempionatının vaxtını açıqladı

29 Noy, 2021
16:12
1538

FIFA klublararası dünya çempionatının vaxtını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FIFA klublararası dünya çempionatı 2022-ci ilin 3-12 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.

Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.

Turnirin püşkatma mərasimi noyabrın 29-da Sürixdə olacaq.

Turnirdə yeddi klub iştirak edəcək: Səudiyyənin “Əl-Hilal”, Misirin “Əl-Əhli”, Meksikanın “Monterrey”, Yeni Zelandiyanın “Oklend Siti”, BƏƏ-nin “Əl-Cəzirə”, İngiltərənin “Çelsi” və Braziliyanın “Palmeyras” klubları.

Klublararası dünya çempionatı hər il keçirilir, burda qitə beynəlxalq turnirlərinin əsas altı qalibi, həmçinin ev sahibi ölkənin ən yaxşı klubu iştirak edir. Əvvəlki dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb və 2021-ci il 4-11 fevral tarixlərində keçirilib (qalib Almaniyanın “Bayern” komandası olub).

Əvvəlcə turnirin bu ilin dekabrında Yaponiyada keçirilməsi nəzərdə tutulsa da, ölkə rəhbərliyi koronavirus pandemiyası səbəbindən təşkilatçılıqdan imtina etmək qərarına gəlib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri