29 
Noy
2021
17:56
115
18
1540
Virtual karabakh

De Byazinin taleyinin həll olunacağı iclasın vaxtı açıqlandı

29 Noy, 2021
17:56
1540

De Byazinin taleyinin həll olunacağı iclasın vaxtı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 2-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Oxu.Az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat)

3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi

4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması

5. Digər məsələlər

Qeyd edək ki, bu iclasda AFFA ilə müqaviləsi başa çatan millimizin italiyalı baş məşqçisi Canni De Byazinin yerinə yeni namizəd axtarışının elan olunacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri