30 
Noy
2021
18:04
16
211
2063
Virtual karabakh

Elman Rüstəmovun Şahmat Federasiyasındakı seçkiyə qatılmamasının səbəbi bilindi

30 Noy, 2021
18:04
2063

Elman Rüstəmovun Şahmat Federasiyasındakı seçkiyə qatılmamasının səbəbi bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Elman Rüstəmov Şahmat Federasiyasının Hesabat-Seçki Konfransına qatılmasa da, məktub göndərmişdi”.

Bunu Oxu.Az-a Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti Mahir Məmmədov bildirib.

O, dörd gün əvvəl federasiyada keçirilən prezident seçkisində qurumun əvvəlki rəhbəri, Mərkəzi Bankın sədri Elman Rüstəmovun iştirak etməməsinin səbəbini açıqlayıb:

“Elman Rüstəmov həmin tarixdə Avropada işgüzar səfərdə idi. Ancaq Hesabat-Seçki Konfransına məktub göndərmişdi. Mən həmin məktubu orada da səsləndirmişdim. Sizə də mətnini oxuyuram:

“Bu illərdə şahmatda komandamla birgə etdiklərimdən qürur duyuram. Cənab Prezidentin rəhbərliyi ilə son illər milli şahmatımızda böyük işlər görüldü, yadda qalan qələbələr əldə edildi. Sizə və Faiq müəllimə şəxsi təşəkkürümü bildirmək, böyük dostumuz Azadı (mərhum gənclər və idman naziri Azad Rəhimovu nəzərdə tutub – S.M.) və onun böyük xidmətlərini və haqqını yada salmaq istərdim. Sonda sizə və böyük şahmat ailəsinə böyük uğurlar arzulayıram. Hörmətlə: Elman Rüstəmov”.

“Onun niyə federasiya prezidenti postundan ayrıldığını deyə bilmərəm. Mən bunu yalnız mülahizə edə bilərəm. Ancaq deyə bilərəm ki, Mərkəzi Bankın funksiyaları çoxşaxəlidir. Bu səbəbdən onun ayrılmasını işlərinin çoxluğu ilə əlaqələndirmək olar”, - deyə Mahir Məmmədov əlavə edib.

Qurumun seçkidən sonra keçirilmiş İcraiyyə Komitəsinin iclasında yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova baş katib təyin olunub. Uzun müddətdən sonra baş katib vəzifəsinə təyinatı Mahir Məmmədov belə əlaqələndirib:

“Bunadək federasiyaların idarəçilik strukturu tətbiq olunmamışdı. Bundan sonra tətbiq olunacaq. Ona görə daha əvvəl federasiyada baş katib vəzifəsi boş idi. İndi isə bütün gündəlik işlərin icrası baş katibin ixtiyarına veriləcək. Baş katibin işinə nəzarəti isə I vitse-prezident Faiq Həsənov icra edəcək”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri