Dek
2021
12:48
113
9
3116
Virtual karabakh

Türkiyədə qeyri-adi oyun: Hər iki qapıçısı qovulan komanda hücumçu ilə penaltilər seriyasını qazandı - VİDEO

2 Dek, 2021
12:48
3116

Türkiyədə qeyri-adi oyun: Hər iki qapıçısı qovulan komanda hücumçu ilə penaltilər seriyasını qazandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Kubokunun dördüncü turu çərçivəsində keçirilən “Hatayspor” - “Eyüpspor” qarşılaşmasında maraqlı anlar yaşanıb.

Oxu.Az-ın məlumatına görə, qarşılaşmanın artıq ikinci dəqiqəsində qonaqlar penalti zərbəsi ilə önə keçmək şansını əldən veriblər. Lakin hücumlarını artıran “Eyüpspor” 19-cu dəqiqədə E.Keskinin qolu ilə hesabı açmağı bacarıb.

İkinci hissədə meydan sahibləri 74-cü dəqiqədə F.Kurucukun baş zərbəsi ilə hesabı bərabərləşdirib.

Ancaq oyunun ən maraqlı anları da elə bundan sonra başlayıb. Oyunun əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə ev sahiblərinin qapıçısı A.Yiğiter qırmızı vərəqə alaraq meydandan qovulub. Əvəzetmə limitinə çatıldığı üçün “Hatayspor”un qapısı hücumçu Mame Diufa həvalə olunub.

Oyunun əlavə vaxtında dəyişiklik haqqından istifadə edən Hatay təmsilçisi ehtiyat qapıçını meydana buraxıb. Oyunun ikinci əlavə hissəsinin son dəqiqəsində qonaqlar növbəti dəfə qapıçı ilə üz-üzə gəlmək şansı əldə ediblər. Meydana sonradan daxil olan qapıçı Y.B.Boyar cərimə meydançasından kənarda yüz faizlik qol şansının qarşısını kobudluqla aldığına görə qırmızı vərəqə alıb.

Qarşılaşmanın əsas vaxtı bərabərliklə bitdiyinə görə qalibi müəyyən etmək üçün 11 metrlik cərimə zərbələri yerinə yetirilib. Oyun ərzində ikinci dəfə qapıçı əlcəklərinə sahib çıxan hücumçu Mame Diuf ev sahibləri adına topa ilk yaxınlaşan futbolçu kimi zərbəni qola çevirib. Bundan sonra isə hücumçu məharətini qapıda nümayiş etdirməyə başlayıb.

Yekunda penaltilər seriyasında 5-4 hesabı ilə qalib gələn oyunu doqquz futbolçu ilə başa vuran və qapısını hücumçusu qoruyan “Hatayspor” olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri