Dek
2021
19:32
94
174
1469
Virtual karabakh

UFC prezidenti koronavirusa yoluxub

2 Dek, 2021
19:32
1469

UFC prezidenti koronavirusa yoluxub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UFC prezidenti Deyna Uayt koronavirusa yoluxub. Bu barədə onun özü “MMVPN Sports” “YouTube” kanalında Cim Romun podkastının efirində bildirib.

Uayt, özünün və ailəsinin Mendə “Şükranlıq Günü”nü birlikdə keçirdikdən sonra koronavirusa yoluxduğunu açıqlayıb. UFC prezidenti əlavə edib ki, buxar otağında evkalipt iyini hiss etmədikdən sonra iybilmə qabiliyyətini itirdiyini öyrənib.

Uayt həmçinin tam vaksinasiyadan keçdiyini vurğulayıb.

UFC prezidenti test nəticəsi mənfi olarsa, şənbə günü Las-Veqasda keçiriləcək “Fight Night” turnirində iştirak etməyi planlaşdırır.

“Mən evdə qalacağam və 10 gün başqa insanlardan uzaq qalacağam. Əgər növbəti test mənfi nəticə versə, o zaman orada olacağam, mənfi cavab çıxana qədər iki gündən bir test etdirəcəyəm və sonra mümkün qədər tez işə qayıdacağam”, - deyə Uayt əlavə edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri