Dek
2021
14:00
22
166
2681
Virtual karabakh

Azərbaycanda VAR sisteminin tətbiqi üçün ayrılacaq məbləğ bilindi - VİDEO

2 Dek, 2021
14:00
2681

Azərbaycanda VAR sisteminin tətbiqi üçün ayrılacaq məbləğ bilindi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının keçirilmiş tenderə uyğun olaraq inşası təsdiq olunub.

Oxu.Az xəbər verir ki, bu barədə bu gün AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Bundan başqa, regionlarda klublara maliyyə dəstəyinin təmin olunması məqsədilə bölgələrdəki futbol klublarına dəstək fondu təsis olunması barədə qərar çıxarılıb. Müvafiq hüquqi prosedurların həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılıb.

Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”nın yaxınlığındakı müvafiq infrastruktura daxil olmayan AFFA-ya məxsus torpaq sahəsi satışa çıxarılıb.

Apellyasiya və Arbitraj Tribunalının üzvü Zaur Qəhrəmanov (“Neftçi”nin Müşahidə Şurasının üzvlərindən biridir – S.M.) öz xahişi ilə üzvlükdən azad olunub. Hakim-İnspektorlar Komitəsinin sabiq sədri, FIFA dərəcəli referi Rauf Cabbarovun atası Gülağa Cabbarov Apellyasiya və Arbitraj Tribunalının üzvü təyin olunub.

FIFA Forward Layihəsindən AFFA-nın Futbol akademiyasının təmir olunması üçün 150 min dollar məbləğində və VAR layihəsi üçün 500 min dollar məbləğində maliyyə vəsaitinin ayrılması təsdiq olunub.

İclasın sonunda “Qarabağ” klubuna UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə AFFA-nın İcraiyyə Komitəsinin adından təbrik ünvanlanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri