Dek
2021
14:16
34
156
7250
Virtual karabakh

Mədət Quliyevdən ilk təyinat - FOTO

2 Dek, 2021
14:16
7250

Mədət Quliyevdən ilk təyinat - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin əmri ilə şose velosipedi üzrə yığma komandaya yeni baş məşqçi təyin edilib.

Oxu.Az xəbər verir ki, bundan sonra milliyə Əməkdar məşqçi Asif Həsənov rəhbərlik edəcək.

Bunadək “Neftçi” İdman Klubunun velosiped bölməsinin məşqçisi olan Asif Həsənovu məşqçilər korpusuna federasiyanın baş katibi Fərhad Əliyev təqdim edib və federasiya prezidentinin məşqçilər korpusu qarşısında qoyduğu əsas hədəfləri onların diqqətinə çatdırıb.

Göstərilən yüksək etimada görə federasiya rəhbərliyinə təşəkkürünü bildirən Asif Həsənov qarşıya qoyulan məqsədlərə çatmaq üçün məşqçilər korpusu ilə birgə bütün qüvvə və bacarığını səfərbər edəcəyini deyib.

Qeyd edək ki, şose velosipedi üzrə millimizin əvvəlki baş məşqçisi Əbülfəz Məmmədov idi. O, ötən ayın 7-də dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri