Dek
2021
23:26
118
24
1963
Virtual karabakh

Dünya çempionatından medal və kubokla qayıdan karateçilərimizlə görüş keçirilib - FOTO

2 Dek, 2021
23:26
1963

Dünya çempionatından medal və kubokla qayıdan karateçilərimizlə görüş keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Milli Olimpiya Komitəsində dünya çempionatında uğurla çıxış etmiş karateçilərimizlə görüş keçirilib. 

Oxu.Az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, Dubayda baş tutan karate üzrə dünya çempionatına həsr olunmuş bu görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və komandanın üzvləri iştirak ediblər.

Çingiz Hüseynzadə Azərbaycan karateçilərinin “Tokio-2020” Yay Olimpiya Oyunlarından sonra dünya çempionatında da uğurla çıxış etdiklərini və qazandıqları nəticələrin sevindirici olduğunu vurğulayıb, federasiyanın fəaliyyətinə və Azərbaycan karateçilərinə uğurlar arzulayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri