Dek
2021
02:32
191
20
4434
Virtual karabakh

APL: Totenhem qələbə qazandı, Ronaldu yenə dubl etdi - VİDEO

3 Dek, 2021
02:32
4434

APL: Totenhem qələbə qazandı, Ronaldu yenə dubl etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasında XIV turun son görüşləri keçirilib.

Oxu.Az xəbər verir ki, Londonda baş tutan qarşılaşmada “Totenhem” 2:0 hesabı ilə “Brentford”u məğlub edib.

Bununla da komanda turnir cədvəlində 6-cı sıraya yüksəlib.

“Mançester Yunayted” isə öz meydanında digər London təmsilçisi “Arsenal”ı qəbul edib.

Prinsipial qarşılaşma “qırmızı şeytanlar”ın əzmkar qələbəsi ilə nəticələnib – 3:2.

“Mançester Yunayted”in heyətində Kriştianu Ronaldo iki top vuraraq növbəti dubla imza atıb.  

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri