Dek
2021
14:56
213
13
1063
Virtual karabakh

Azərbaycanın iki karateçisi Ümumdünya Oyunlarına vəsiqə qazandı

4 Dek, 2021
14:56
1063

Azərbaycanın iki karateçisi Ümumdünya Oyunlarına vəsiqə qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində böyüklərin 25-ci Dünya çempionatının mükafatçıları İrina Zaretska (-68 kq) və Asiman Qurbanlı (+84 kq) nəticələrə əsasən Dünya Oyunlarına vəsiqə qazanıblar.

Oxu.Az xəbər verir ki, 16-21 noyabr tarixlərində ötən mötəbər yarışa 117 ölkədən 1 054 karateçi qatılıb. Dubayda İ.Zaretska ikiqat dünya çempionu, A.Qurbanlı isə bürünc medalın (eyni zamanda komanda yarışlarında) sahibi olub.

Daha bir idmançımız Rafael Ağayevin (-75 kq) də Dünya Oyunlarına vəsiqə qazanmaq ehtimalı yüksəkdir. Onun bu mötəbər yarışa qatılması 2022-ci ildə Karate1 seriyasından prestij turnirlərdə reytiniqdən və Avropa çempionatında nəticəsindən asılı olacaq.

Dünya Oyunlarının karate yarışları 10 çəki dərəcəsi və kata çıxışları üzrə keçiriləcək. 12 kateqoriyanın hər birində səkkiz karateçi mübarizə aparacaq. Hər kateqoriyada ilk üçlük Dünya çempionatının mükafatçılarıdır. Digər üç yer Dünya Oyunlarından öncə yenilənən reytinqdə ilk pillələri tutanlardan, bir idmançı qitə çempionu kimi, daha bir karateçi isə təşkilatçı ölkənin təmsilçisi olaraq iştirak edəcək.

Dünya Oyunları 7-17 İyul 2022-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçiriləcək. Bu nüfuzlu multiidman oyunlarında 100-dən artıq ölkədən 3 600 elit idmançının çıxışı gözlənilir.

Oyunların karate yarışları 8-9 iyul tarixlərində keçiriləcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri