Dek
2021
19:28
122
26
1850
Virtual karabakh

Premyer Liqada lider dəyişə bilər: “Çelsi” səfərdə büdrədi - VİDEO

4 Dek, 2021
19:28
1850

Premyer Liqada lider dəyişə bilər: “Çelsi” səfərdə büdrədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının 15-ci turunda lider “Çelsi” səfərdə “Vest Hem”in qonağı olub.

Qarşılaşmanın 29-cu dəqiqəsində qonaqlar Tiaqo Silvanın qolu ilə önə keçiblər. Lakin M.Lanzini 40-cı dəqiqədə penalti zərbəsi ilə hesabı bərabərləşdirib. İlk hissənin yekununu isə 44-cü dəqiqədə M.Mont qoyub. Qonaqlar ilk hissənin 1-2 hesabı ilə öndə başa vurub.

İkinci hissədə hücumların kəsərini artıran meydan sahibləri 56-cı dəqiqədə hesabı bərabərləşdirdikdən sonra qarşılaşmanın son dəqiqələrində qələbə topunu da vurmağa nail olublar.

87-ci dəqiqədə hesabı 3-2-yə çatdıran A.Masuaku yekun hesabı da müəyyən edib.
Beləliklə, aktivində 33 xalı olan “Çelsi” hələlik liderliyini davam etdirir. “Vest Hem” isə bu qələbə ilə xalını 27-ə çatdıraraq 5-ci pillədəki “Arsenal”ı dörd xal qabaqlayıb.

Qeyd edək ki, bu gün “Liverpul” və ya “Mançester Siti” komandaları da meydana çıxacaq. Komandalar qarşılaşmanı qələbə ilə başa vuracağı halda “Çelsi” liderliyi, hətta ikinci pilləni belə əldən verə bilər.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri