Dek
2021
10:09
58
437
15841
Virtual karabakh

Yeni nazir müavini təyinatından DANIŞDI - FOTO

6 Dek, 2021
10:09
15841

Yeni nazir müavini təyinatından DANIŞDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclər və idman nazirinin yeni müavini Mariana Vasilyeva təyinatı barədə açıqlama verib.

Oxu.Az xəbər verir ki, bolqarıstanlı mütəxəssis Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə təyin olunmasından böyük şərəf hissi keçirdiyini bildirib:

“Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunmağım mənim üçün böyük şərəfdir. Dövlətimizin başçısı İlham Əliyevə və Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bu etimad üçün təşəkkür edirəm.

Azərbaycana xidmət etməkdən və ölkəmizdə idmanın inkişafı üçün çalışmaqdan qürur duyuram.

Bu vəzifədə çalışacağım müddətdə mənə göstərilən yüksək etimadı doğrultmağa, Azərbaycan idmanının inkişafı üçün öz təcrübəmi və bacarığımı var-gücümlə sərf etməyə çalışacağam”.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri