Dek
2021
17:24
206
26
2150
Virtual karabakh

Nazir şəhid atasını mükafatlandırdı - FOTO

6 Dek, 2021
17:24
2150

Nazir şəhid atasını mükafatlandırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Pauerliftinq Federasiyası milli yığma komandasının təlim-məşq bazasının açılışı olub. Açılışda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan açılışda öncə federasiyanın fəaliyyəti barədə təqdimat olub.

Tədbirdə çıxış edən nazir şəhid idmançı Muxtar Qasımlının atası Əli Qasımlıya xatirə plaketi təqdim edib. Açılışın qonağı olan qazilərə isə xatirə hədiyyələri təqdim edilib.

Yeni bazada yaradılmış şəraitlə tanış olan Fərid Qayıbov yığma komanda üzvləri ilə görüşüb və yeni mərkəzdə məşq proseslərini izləyib. Federasiya prezidenti Ələddin Əliyev nazirə qarşıdakı yarış və tədbirlər barədə məlumat verib.

Tədbirdə nazir müavini Mariana Vasilyeva, İdman şöbəsinin müdiri Fərid Mansurov, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, federasiya rəsmiləri və yığma komandanın üzvləri iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri