Dek
2021
18:04
231
28
4931
Virtual karabakh

Namiq Ələsgərovun Türkiyədə vurduğu qol dərsliyə düşəcək kimi dəyərləndirildi - FOTO/VİDEO

6 Dek, 2021
18:04
4931

Namiq Ələsgərovun Türkiyədə vurduğu qol dərsliyə düşəcək kimi dəyərləndirildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə İdman Yazarları Dərnəyi Bursa Şöbəsinin rəhbəri Mehmet Ali Əkməkçi “Bursaspor” klubunda çıxış edən azərbaycanlı futbolçu Namiq Ələsgərovu tərifləyib.

Oxu.Az-ın xəbərinə görə, dünən Türkiyə I divizionunda “Dənizlispor” üzərindəki 3:1 hesablı səfər qələbəsində möhtəşəm qol vuran millimizin futbolçusu barəsində yaxşı sözlər deyilib.

Mehmet Ali Əkməkçinin “Vurduğu dərsliyə düşəcək qolu qaçıran varsa...” başlıqlı qələmə aldığı köşə yazısında Namiq barədə olan hissəni təqdim edirik:

“Namiq Ələsgərov yaxşı oynayır... Üstəlik yaxşı çıxış edincə, rəqibin sağ cinahını dəhlizə çevirir... Vurduğu dərsliyə düşəcək qolu qaçıran varsa, internetdə bir neçə dəqiqəsini ayırmasını tövsiyə edirəm...”

Qeyd edək ki, Namiq Ələsgərov 39-cu dəqiqədə hesabın 2:0-a çatmasına səbəb olan qola imza atıb. O, 88-ci dəqiqədə əvəzlənib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri