Dek
2021
07:57
68
17
3141
Virtual karabakh

23 yaşa qədər ən bahalı futbolçuların reytinqi hazırlandı - FOTO

8 Dek, 2021
07:57
3141

23 yaşa qədər ən bahalı futbolçuların reytinqi hazırlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Avropanın Top-5 çempionatlarından oynayan 23 yaşa qədər ən bahalı futbolçuların siyahısını tərtib edib.

Reytinqə Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holand başçılıq edir. Onun dəyəri 150 milyon avro olaraq qiymətləndirilir. İkinci pillədə Madrid “Real”ının hücumçusu Vinisius Junior, üçüncü pillədə isə “Mançester Siti”nin futbolçusu Filip Foden qərarlaşıb. Hər iki futbolçunun dəyəri 150 milyon avro kimi göstərilir. Dördüncü və beşinci pillənin sahibləri ”Mançester Yunayted”in futbolçularıdır. CIES Meyson Qrinvudu 140 milyon avro, Ceydon Sançonu isə 130 milyon avro olaraq qiymətləndirib.

Reytinqdə sensasiya kimi qiymətləndirilən məqam isə Kilian Mbappe ilə bağlı olub. Belə ki, fransalı sadəcə yuxarıda göstərilən futbolçulardan deyil, eyni zamanda “Mançester Siti”dən Ferran Torres (120 milyon avro) və Madrid “Atletiko”sundan Joau Feliksdən (100 milyon avro) geri qalıb.

“Bayer”in futbolçusu Musa Diabi və “Vilyareal”da çıxış edən Yeremi Pinonun da dəyəri 80 milyon avro olaraq qiymətləndirilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri