7 
Dek
2021
15:00
61
21
1504
yuxarı
Basketbol üzrə Azərbaycan çempionatının iştirakçıları açıqlandı - ADLAR
7 Dek, 2021
15:00
1504
61
21
Basketbol üzrə Azərbaycan çempionatının iştirakçıları açıqlandı - ADLAR
Basketbol üzrə Azərbaycan çempionatının iştirakçılarının sayı və adları bilinib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, yeni mövsümdə 6 komanda mübarizə aparacaq.
Bunlar koronavirusa görə yarımçıq dayandırılan çempionatın son qalibi elan edilmiş “Zirvə-Astara”, “80-lər”, “Alov”, NTD, “Sıçrayış” və “Xırdalan” komandalarıdır.
Bunlardan NTD komandasının adı daha çox diqqəti cəlb edir. Belə ki, 2019-cu ilin yanvarında bu klubun prezidenti Bəhram Abdinov Azərbaycan Basketbol Federasiyasının rəhbəri Nadir Nəsibovun aldığı qərarlardan narazı olduğunu əsas gətirərək çempionatda iştirakdan imtina etmişdi.
Nəticədə bu komanda sonuncu keçirilmiş və pandemiyaya görə yarımçıq dayandırılmış 2019/2020 mövsümündə iştirak etməmişdi.
Səbuhi Musayev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək