Dek
2021
17:20
15
63
1020
Virtual karabakh

Basketbol üzrə Azərbaycan çempionatını gecikdirən səbəb məlum oldu

7 Dek, 2021
17:20
1020

Basketbol üzrə Azərbaycan çempionatını gecikdirən səbəb məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Basketbol üzrə Azərbaycan çempionatının başlanma vaxtının gecikməsinin səbəbi bilinib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yarış ən yaxşı halda yanvarda başlaya bilər.

Turnirin gecikməsinə səbəb turnirin keçirilməli olduğu Azərbaycan Texniki Universitetinin idman zalında tələbələrin çempionatının davam etməsidir. Bu yarış isə dekabrın 26-da yekunlaşmalıdır.

Qeyd edək ki, 6 komandanın Azərbaycan çempionatında iştirakı dəqiqləşib. Bunlar “Zirvə-Astara”, “80-lər”, “Alov”, NTD, “Sıçrayış” və “Xırdalan” klublarıdır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri