Dek
2021
13:48
12
167
4267
Virtual karabakh

25 min tamaşaçı tutumu olan arena nə vaxt əsaslı təmir olunacaq? - VİDEO

8 Dek, 2021
13:48
4267

25 min tamaşaçı tutumu olan arena nə vaxt əsaslı təmir olunacaq? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncənin mərkəzi stadionu qəzalı vəziyyətdədir.

Artıq ömrünü başa vuran bu stadionda “Kəpəz” Peşəkar Futbol Klubu öz ev oyunlarını keçirir.

Meydanın tribunaları isə ildən-ilə yararsız vəziyyətə düşür. 25 min tamaşaçı tutumuna malik olan stadionun bir hissəsi artıq qəzalı vəziyyətdədir.

Ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verilən arena “Dinamo” Kirovabadın 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına çıxması ilə indiki formasını alıb. Həmin vaxtdan cüzi dəyişikliyə məruz qalan stadion bir dəfə belə əsaslı təmir olunmayıb.

Stadion Gənclər və İdman Nazirliyinin balansındadır. Sözügedən qurumdan mövcud məsələ ilə bağlı bildirilib ki, istismara yararsız binanın yerində futbol akademiyası tikiləcək.

Qeyd edək ki, bu günlərdə AFFA rəhbərliyi Gəncə şəhərində səfərdə olub və “Kəpəz” Peşəkar Futbol Klubunun əsas bazasının təmirinə start verilib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri