Dek
2021
19:05
48
233
2740
Virtual karabakh

Azərbaycan Badminton Federasiyasının yeni prezidenti bilindi - YENİLƏNİB + FOTO

8 Dek, 2021
19:05
2740

Azərbaycan Badminton Federasiyasının yeni prezidenti bilindi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Badminton Federasiyasının yeni prezidenti bilinib.

Oxu.Az-ın xəbərinə görə, bu, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovdur.

Aynur Səmədova və Emin Maqsudov İdarə Heyətinin sədr müavinləri, Rəşad Kərimov və Mirzə Orucov isə İdarə Heyətinin üzvləri seçiliblər.

Qeyd edək ki, Badminton Federasiyasının əvvəlki prezidenti iqtisadiyyat naziri Mikayıl Cabbarov idi.

Səbuhi Musayev

15:28

Bu gün daha bir idman federasiyasında Hesabat-Seçki Konfransı keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, konfrans vaxtı Azərbaycan Badminton Federasiyasında prezident və vitse-prezidentlər bilinəcək.

Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq seçki Azərbaycan Güləş Federasiyasının Hesabat-Seçki Konfransından sonra keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının hazırkı prezidenti iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri