Dek
2021
19:27
235
174
2498
Virtual karabakh

Badminton Federasiyasının yeni prezidenti: “11 yaşımdan bu idmanla məşğul olmuşam”

8 Dek, 2021
19:27
2498

Badminton Federasiyasının yeni prezidenti: “11 yaşımdan bu idmanla məşğul olmuşam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün mənə etimad göstərildi. Böyük etimada görə hər kəsə təşəkkür edirəm. Bu idman növü Azərbaycanda çox tanınmasa belə, potensialı var. Həm gənclər, həm də yeniyetmələr bu idman növü ilə məşğul olmalıdır. Son 6 ildə böyük işlər aparılıb. Tokio-2020-də Azərbaycanı təmsil edən bir idmançımız iştirak etmişdi. Hər bir idman növündə idmançı yetişdirmək asan deyil". 

Oxu.Az-ın xəbərinə görə, bunu Badminton Federasiyasının yeni prezidenti Taleh Ziyadov deyib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru da olan Taleh Ziyadov badmintona yad sima olmadığını bildirib:

“Tale elə gətirib ki, mən 11 yaşımdan bu idman növü ilə məşğul olmuşam. Yaxından tanıdığım üçün də xüsusilə uşaqlar üçün bu növün nə dərəcədə vacib olduğunu bilirəm. Azərbaycan regionlarında bu idman növünün, xüsusən də, qızlar arasında yayılması üçün səylər göstərəcəyəm. Ümid edirəm ki, həm Olimpiadada, həm də digər yarışlarda azərbaycanlı badmintonçuların iştirakı üçün çalışacağam.

Uşaqları 11-12 yaşından yetişdirməlisiniz ki, onlar Olimpiadaya hazır olsun. Orada çıxış edən 1-2 azərbaycanlı ola bilər. Badminton bizim anlayışımızda əyləncə kimi nəzərdə tutulur. Amma çox dinamik və fiziki güc tələb edən növdür.

Los Anceles Olimpiadasına badmintondan ən azı bir yerli idmançının getməsi ehtimalı böyükdür. Gəncləri idmana bağlı yetişdirmək lazımdır. Xüsusilə də, qızları idmana təşviq etmək vacibdir. Düşünmürəm ki, yalnız Olimpiadaya köklənmək lazımdır. Azərbaycan uşaqları bu idman növü ilə məşğul olsa, bu özü də sevindirici olar”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri