Dek
2021
09:36
222
23
5158
Virtual karabakh

Ağdamda İmarət stadionunun yeri dəyişdirilib

9 Dek, 2021
09:36
5158

Ağdamda İmarət stadionunun yeri dəyişdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Futbol azarkeşlərinə demək istəyirəm ki, biz İmarət stadionunun tikintisini nəzərdə tuturuq”.

Oxu.Az-ın məlumatına görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib.

“Düzdür, əvvəlki yerdə deyil, yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində nəzərdə tuturuq. Hazırda burada layihələndirmə işləri gedir. Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırırıq.

İdman təmayüllü orta məktəbin, bundan əlavə, bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur”, - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri