10 
Dek
2021
01:57
427
104
11249
Virtual karabakh

Konfrans Liqası: “Qarabağ” “Bazel”ə uduzdu, qrup ikincisi oldu - YENİLƏNİB + VİDEO

10 Dek, 2021
01:57
11249

Konfrans Liqası: “Qarabağ” “Bazel”ə uduzdu, qrup ikincisi oldu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Avropa Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrə “Bazel”inin qonağı olub.

“Zankt Yakob-Park” stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Bazel” qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. “Qarabağ” isə mübarizəni pley-offda davam etdirəcək. Komandamız 1/16 finalda UEFA Avropa Liqasının qrup mərhələsini üçüncü pillədə başa vuran komandalardan biri ilə qarşılaşacaq.

Qeyd edək ki, qrupun digər oyununda Qazaxıstan “Kayrat”ı Kiprdə “Omoniya” ilə qolsuz heç-heçəyə razılaşıb.

01:34

İsveçrədə “Bazel” və “Qarabağ” komandaları arasında Avropa Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda 3-cü qol vurulub.

74-cü dəqiqədə meydan sahiblərinin heyətində Artur Kabral dubl edib – 3:0

01:21

İsveçrədə “Bazel” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda hesab dəyişib.

Meydan sahiblərinin heyətində Paytim Kasami 62-ci dəqiqədə ikinci topu Ağdam təmsilçisinin qapısından keçirib – 2:0.

01:03

İsveçrədə “Bazel” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci hissə başlayıb.

Ağdam təmsilçisi ilk yarıdan sonra minimal hesabla uduzur. Yeganə qolu 33-cü dəqiqədə Artur Kabral vurub – 1:0. 

00:48

İsveçrədə “Bazel” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb.

Ağdam təmsilçisi fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb. Yeganə qolu 33-cü dəqiqədə Artur Kabral vurub – 1:0.

00:34

İsveçrədə “Bazel” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb.

33-cü dəqiqədə Artur Kabral meydan sahiblərini önə keçirib – 1:0.

00:02

İsveçrədə “Bazel” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunu başlayıb.

“Zankt Yakob-Park” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edir.

Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

22:40

İsveçrədə UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu – VI turunda üz-üzə gələcək “Bazel” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

“Bazel”: 1. Lindner, 6. Djiqa, 7. Kasami, 10. Kabral, 14. Stoker, 20. Fray, 22. Serxio Lopes, 23. Burqer, 28. Petretta, 35. Palasios, 99. Jeqrova

Baş məşqçi: Patrik Rahmen

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 25, İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

12:12

“Qarabağ” bu gün Avropa Konfrans Liqasının qrup mərhələsində son oyununa çıxacaq.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Premyer Liqasının hazırkı lideri olan Ağdam təmsilçisi tarixinin ən vacib görüşlərindən birini keçirəcək.

Komanda İsveçrənin Bazel şəhərinin məşhur “Zankt Yakob-Park” stadionunda qrup lideri ilə qarşılaşacaq. Tərəflərin bu matçadək xalları və top fərqi bərabər olsa da, vurduğu qolların sayına görə “Bazel” hazırda liderdir. Bu səbəbdən də “Qarabağ”ın qrupu lider kimi tamamlaması üçün mütləq şəkildə bu matçda qalib gəlməsi lazımdır. Qrup liderliyi “Qarabağ”a Avropa Konfrans Liqasının 1/16 final mərhələsini oynamadan adlamasına səbəb olacaq.

“Bazel”də Sebastiano Espozito, Andrea Padula, “Qarabağ”da isə Bədəvi Hüseynov və Xuan Romero zədə səbəbindən oynaya bilməyəcək. Həmçinin, “Bazel”də Vouter Burqer, Qonsalu Kardozu, Eray Cömərt, Adrian Durer və Titsian Tuşinin meydana çıxması sual altındadır.

Xatırladaq ki, tərəflərində Bakıda 16 sentyabrda keçirilmiş ilk matçında qol hesabı açılmayıb.

Avropa Konfrans Liqası

H qrupu

9 dekabr

00:00 “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Fran Yoviç, Xrvoye Radiç, Luka Puşiç, İvana Martinçiç (hamısı Xorvatiya)

Bazel. “Zankt Yakob-Park” stadionu

Komandanın Bazeldəki son məşqindən videonu təqdim edirik:

Qeyd edək ki, qrupun formal əhəmiyyət daşıyan digər görüşündə eyni vaxtda “Omoniya” (Kipr) “Kayrat”ı (Almatı) qəbul edəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri