Dek
2021
15:48
46
195
3868
Virtual karabakh

Üç hakim fəxri ada layiq görüldü

9 Dek, 2021
15:48
3868

Üç hakim fəxri ada layiq görüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üç azərbaycanlı hakim fəxri ada layiq görülüb. 

Oxu.Az xəbər verir ki, bunlar bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü Natalya Bulanova, kişi idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev və tamblinq üzrə beynəlxalq dərəcəli hakim Adil Hüseynzadədir.

Hər üç şəxs Avropa Gimnastikasının fəxri hakimi adına layiq görülüb.

Qeyd edək ki, fəxri hakim mükafatı ideyasını Avropa Gimnastikası ötən il irəli sürüb. Bu mükafat ən azı üç Olimpiya dövrü ərzində Avropa Gimnastikasının yarışlarında uğur qazanılmasına töhfə vermiş hakimlər üçün nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri