Dek
2021
15:40
428
156
3897
Virtual karabakh

Şəfəq Hüseynliyə Avropa Şurasında sədr vəzifəsi verildi

9 Dek, 2021
15:40
3897

Şəfəq Hüseynliyə Avropa Şurasında sədr vəzifəsi verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Milli Antidopinq Agentliyinin (AMADA) direktoru, Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynli Avropa Şurasında yaradılan Gender Bərabərliyi üzrə Xüsusi Komitəsinə sədrlik edəcək.

Oxu.Az xəbər verir ki, Xüsusi Komitə Şəfəq Hüseynlinin müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini daha əhatəli formada həyata keçirmək və onun icrasını dəstəkləmək məqsədi ilə yaradılıb.

Gender bərabərliyi Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçin gündəliyində və strateji planında yer aldığı üçün Şəfəq Hüseynlinin bu layihəsinə böyük dəyər verilib və Xüsusi Komitənin yaradılması qərarlaşdırılıb.

Komitənin tərkibi sədr Şəfəq Hüseynli, Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) və Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunun təyin etdiyi 6 ölkənin nümayəndələrindən, Avropa İnsan Hüquqları Məhkəməsinin, Parlament Assambleyasının və onun Bərabərlik və Qeyri-Diskriminasiya Komitəsinin, İnsan Hüquqları və Gender Bərabərliyi Departamentinin, İdman haqqında genişləndirilmiş hüdudlu sazişin (EPAS) və İdman Konvensiyaları Bölməsinin nümayəndələrindən, habelə dəvət edilən müşahidəçi və ekspertlərdən ibarət olacaq. 

Komitə “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrası çərçivəsində antidopinq təşkilatlarında və antidopinq üzrə dövlətlərarası qurumlarda gender balansı haqqında məlumatın toplanmasını həyata keçirəcək, təsis sənədlərinin və daxili qaydaları təhlil edəcək, aşkarlanan uyğunsuzluqların aradan qaldırılması, habelə gender bərabərliyinin gücləndirilməsi üçün tövsiyələr hazırlayacaq. Komitə layihənin effektiv şəkildə həyata keçirilməsi üçün Avropa Şurasının aidiyyəti üzrə digər komitələri, qrupları və üzv dövlətləri ilə əməkdaşlıq edəcək. Komitənin fəaliyyətinin və “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrasının yekunlarına dair hesabat və tövsiyələr hazırlanacaq və Avropa Şurası Nazirlər Komitəsinə təqdim ediləcək.

Qeyd edək ki, Şəfəq Hüseynlinin müəllifi olduğu bu layihə Avropa Şurası Nazirlər Komitəsinin noyabrın 24-də keçirilən iclasında da dəstəklənib və CAHAMA-nın 2022-2025-ci illər üzrə əsasnaməsinə daxil edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri