12 
Dek
2021
16:04
188
21
1319
Virtual karabakh

Rüstəm Orucov Klublararası Avropa çempionatında gümüş medal qazanıb - FOTO

12 Dek, 2021
16:04
1319

Rüstəm Orucov Klublararası Avropa çempionatında gümüş medal qazanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cüdoçusu Rüstəm Orucovun çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” komandası Fransanın paytaxtı Parisdə keçirilən Klublararası Avropa çempionatında uğurlu nəticəyə imza atıb.

Bu barədə 73 kq-da mübarizə aparan 30 yaşlı idmançı özünün “Instagram” səhifəsində paylaşım edib.

O, turnirdə ikinci yeri tutduqlarını yazıb. Orucov qazanılan uğura görə komanda yoldaşlarına təşəkkürünü bildirib: “Belə gözəl insanlarla tanış olduğum üçün çox şadam. Gələn il qızıl medallarımızı alacağıq!”

Qeyd edək ki, Rüstəm Orucov Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri