19 
Dek
2021
02:34
19
120
8234
Virtual karabakh

UFC tarixində ilk: Çəki ölçmə mərasimindəcə məğlub oldu - VİDEO

19 Dek, 2021
02:34
8234

UFC tarixində ilk: Çəki ölçmə mərasimindəcə məğlub oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyalı döyüşçü Castin Tafa Mütləq Döyüş Çempionatı (UFC) tarixində çəki dərəcəsində məğlub olan ilk ağır çəkili idmançı olub.

Tafa bazar günü gecə Las-Veqasda keşiriləcək “UFC Fight Night 199”da amerikalı Harri Hansakerlə qarşılaşmalı idi. Avstraliyalının çəkisi 121,1 kq olub ki, bu da kateqoriya limitindən 450 qram çoxdur.

UFC tarixində ilk dəfə çəki ölçmədən sonra döyüş ləğv edilib.

Tafa ilk cəhddən sonra tərəziyə qayıtmayıb.

28 yaşlının oyunçunun siyahısında 4 qələbə, 3 məğlubiyyət var. O, 2019-cu ildən UFC-də çıxış edir.

Mənbə: MMA Junkie

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri