21 
Dek
2021
07:08
442
14
2659
Virtual karabakh

Ronaldu vulkan püskürməsindən zərər çəkən insanlara görə formasını hərraca çıxardı - FOTO

21 Dek, 2021
07:08
2659

Ronaldu vulkan püskürməsindən zərər çəkən insanlara görə formasını hərraca çıxardı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Yunayted”in ulduz futbolçusu Kriştianu Ronaldu təbii fəlakətdən zərər çəkmiş insanlara kömək etmək məqsədi ilə formasını hərraca çıxarıb.

Qeyd olunur ki, hücumçu Kanar arxipelaqına məxsus Palma adasında Kumbre Vyexa vulkanının püskürməsi nəticəsində zərər çəkənlərə maliyyə yardımı toplamaq məqsədi ilə bu addımı atıb.

36 yaşlı forvard köynəyin üzərində “Hətta vulkanın gücü də Palma ilə müqayisə oluna bilməz. Mənim gözəl adaya dəstəyim” yazıb.

Auksion dekabrın 24-də baş tutacaq.

Bütün gəlirlər zərərçəkənlərə yardım məqsədilə istifadə olunacaq.

Mənbə: La Provincia

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri