25 
Dek
2021
00:48
54
192
3683
Virtual karabakh

Ronaldunun transfer dəyəri xeyli azalıb

25 Dek, 2021
00:48
3683

Ronaldunun transfer dəyəri xeyli azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Transfermarkt” İngiltərə Premyer Liqası oyunçularının bazar dəyərini yeniləyib.

Dəyişiklik transfer qiyməti 45 milyon avrodan 35 milyon avroya düşən “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronalduya da təsir edib.

Qeyd edək ki, 36 yaşlı Ronaldu 2021-ci ilin avqustundan “qırmızı şeytanlar”ın heyətində çıxış edir. O, “Yuventus”dan 15 milyon avroya alınıb.

Bu mövsüm portuqaliyalı hücumçu Premyer Liqadakı 13 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. O, həmçinin UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5 oyununda 6 qola imza atıb.

Ronaldunun klubla müqaviləsi 2023-cü ildə başa çatır. “Transfermarkt”ın məlumatına görə, hücumçu maksimum transfer dəyərinə 2014-cü ildə (120 milyon avro) “Real”da oynayarkən malik olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri