28 
Dek
2021
00:11
259
17
4739
Virtual karabakh

Ronaldo sabiq klubunun borcunu bağlayacaq

28 Dek, 2021
00:11
4739

Ronaldo sabiq klubunun borcunu bağlayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyanın “Kruzeyro” futbol klubunun prezidenti Serjio Santos Rodriges bəyan edib ki, klubun FIFA-ya olan 7,7 milyon avro dəyərindəki borcunu əfsanəvi futbolçu Ronaldo ödəyəcək.

“Borcu Ronaldo ödəyəcək. Borc ödənilməsə klubun turnirlərdə çıxışı mümkün olmayacaq. Növbəti il Rodriginyo ilə müqavilə imzalamaq üçün çoxlu xərcimiz çıxacaq. Ronaldo və mən növbəti ildə maaş gecikmələri və FIFA tərəfindən sanksiyalar olmadan yaxşı nəticələrə qazanmaq istəyirik”, - deyə “Kruzeyro”nun prezidenti vurğulayıb.

Xatırladaq ki, yaxın günlərdə məşhur braziliyalı futbolçu Ronaldo Nazario əvvəllər oynadığı “Kruzeyro” klubunun səhminin 90%-ni 63 milyon dollara alıb.

Mənbə: Mundo Deportivo

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri