27 
Dek
2021
18:04
145
15
1100
Virtual karabakh

Azərbaycan diasporunun komandası Ukraynada keçirilən mini-futbol turnirində qalib oldu - FOTO

27 Dek, 2021
18:04
1100

Azərbaycan diasporunun komandası Ukraynada keçirilən mini-futbol turnirində qalib oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı gənclər Ukraynada yaşayan azsaylı xalqların nümayəndələrinin iştirakı ilə keçirilən mini-futbol yarışının qalibi olub.

Oxu.Az xəbər verir ki, yarış Ukrayna Azərbaycanlıları Radası və “Ze!Molodyojka” gənclər birliyinin birgə təşkilatçılığı ilə keçirilib və Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunub.

Turnirdə Ukrayna, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan diasporlarının, eləcə də ərəb ölkələrini təmsil edən “Dostluq” komandaları güclərini sınayıblar.

Finalda soydaşlarımız ərəb yığmasını 7-0 hesabı ilə məğlub edərək kubokun sahibi olublar. “ZeMolodyojka” komandası üçüncü yerə sahib çıxıb.

Turnirin bombardiri Azərbaycan diasporunu təmsil edən Orxan İbadov tamaşaçıların və hakimlərin ortaq qərarı ilə həm də “Ən yaxşı futbolçu” nominasiyasının qalibi olub.

Yarışın qaliblərinə medalları və mükafatları UAR-ın və “Ze!Molodyojka”nın rəhbərliyi təqdim edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri