30 
Dek
2021
16:16
31
121
4098
Virtual karabakh

Mahir Emreli üçün Polşanın digər klubu hərəkətə keçdi

30 Dek, 2021
16:16
4098

Mahir Emreli üçün Polşanın digər klubu hərəkətə keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşada klubunu dəyişə bilər.

Oxu.Az Polşanın “Interia Sport” nəşrinə istinadən xəbər verir ki, “Legiya”nın forvardı Ekstraklasanın digər təmsilçisinin maraq dairəsindədir.

Söhbət Krakov “Visla”sından gedir. Qış fasiləsində bəzi oyunçularını satacaq “Visla” “Legiya”nın birdən-birə üç futbolçusuna göz dikib. Krakov təmsilçisi Emreli ilə yanaşı, Almaniya doğumlu iki mərkəz müdafiəçisi – Yoel Əbu Hanna və Mayk Navrotskini də heyətinə cəlb etmək niyyətindədir. Hər üç futbolçu ilə bununla bağlı danışığın aparıldığı da bildirilir. Ancaq oyunçular “Legiya”dakından daha yüksək maaş tələb edib.

Qeyd edək ki, 14 dəfə Polşa çempionu olmuş “Visla” hazırda 21 xalla 13-cü sıradadır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri