Yan
2022
21:00
94
18
3732
Virtual karabakh

FIFA 2021-ci ilin ən gözəl qolu üçün Puşkaş mükafatına üç namizədi açıqladı - VİDEO

4 Yan, 2022
21:00
3732

FIFA 2021-ci ilin ən gözəl qolu üçün Puşkaş mükafatına üç namizədi açıqladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) öz rəsmi saytında ilin ən gözəl qolunu vuran futbolçuya verilən Ferents Puşkaş mükafatına namizədlərin qısa siyahısını dərc edib.

Mükafata AVRO-2020-də Şotlandiya ilə matçda meydanın mərkəzindən endirdiyi zərbə ilə fərqlənən çexiyalı hücumçu Patrik Şik, Çempionlar Liqasının “Çelsi” ilə matçında aşırma qol vuran “Portu”nun iranlı futbolçusu Mehdi Taremi və İngiltərə Premyer Liqasının XIV turunda “Arsenal”a qol vuran “Totenhem”in argentinalı oyunçusu Erik Lamela iddia edir.

Qeyd edək ki, Ferents Puşkaş mükafatı qalibinin adı yanvarın 17-də açıqlanacaq.

Mənbə: championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri