6 
Yan
2022
11:00
20
79
1065
yuxarı
“Milan”ın futbolçularında koronavirus aşkarlandı
6 Yan, 2022
11:00
1065
20
79
“Milan”ın futbolçularında koronavirus aşkarlandı
İtaliyanın “Milan” futbol klubunun 3 futbolçusunun koronavirus testi müsbət çıxıb.
“Klub üç oyunçunun COVID-19 testinin müsbət çıxdığını təsdiqləyir. Futbolçular özlərini yaxşı hiss edirlər və indi onlar səhiyyə orqanlarından alınan göstərişlərə uyğun olaraq karantin müddətinə əməl edəcəklər. Cümə axşamı bütün komanda reqlamentə uyğun olaraq testdən keçiriləcək”, - deyə klubun rəsmi saytında bildirilir.
Koronavirus Fikayo Tomori, Alessio Romaqnoli və David Kalabriyada aşkarlanıb.
Bu gün, yanvarın 6-da İtaliya çempionatının 20-ci turunun ev oyununda “Milan” “Roma”nı qəbul edəcək.
Turnir cədvəlində 42 xalı olan “Milan” lider “İnter”dən 4 xal geri qalaraq ikinci yerdə qərarlaşıb. 32 xalı olan “Roma” isə altıncı yerdədir.
Mənbə: Sky Sport Italia
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
21 
May
2022
12:10
Avropa çempionatı: Azərbaycanın daha dörd taekvondoçusu mübarizəyə başlayır
77
6
395
21 
May
2022
11:34
210 000 dollar uğrunda yarış: Şəhriyar Məmmədyarov bu gün norveçli ilə oynayır
171
18
736