Yan
2022
16:52
270
50
5826
Virtual karabakh

Mahrez gizlincə müsəlman ənənəsi ilə evləndi - FOTO

7 Yan, 2022
16:52
5826

Mahrez gizlincə müsəlman ənənəsi ilə evləndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Siti”nin hücumçusu Riyad Mahrez 23 yaşlı model Teylor Uordla gizli şəkildə evlənib. Mərasim ənənəvi müsəlman üslubunda keçirilib. Mənbə qeyd edir ki, sevgililər bu ölkədə nikahın qanuni sayılması üçün Böyük Britaniyada daha bir mərasim keçirmək niyyətindədirlər.

“Riyad və Teylor indi İslam qanunlarına əsasən qanuni nikahdadırlar. Onlar üçün dini ənənələrə riayət etmək vacib idi. Mərasim qısa oldu. İndi onlar ikinci toya gedirlər. Teylor və Riyad xoşbəxtdirlər və bir-birlərini çox sevirlər”, - deyə mərasimin qonağı bildirib.

Cütlük 2021-ci ilin iyununda nişanlandıqlarını açıqlayıb. Riyad sevgilisinə təxminən 480 min avro dəyərində üzük hədiyyə edib.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri