Yan
2022
01:12
148
60
2003
Virtual karabakh

“Barsa” səfərdə “Qranada”nı məğlub edə bilmədi - VİDEO

9 Yan, 2022
01:12
2003

“Barsa” səfərdə “Qranada”nı məğlub edə bilmədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya çempionatının 20-ci turunda “Barselona” səfərdə “Qranada”nın qonağı olub.

Qarşılaşmaya sürətli başlayan qonaqlar 10-cu dəqiqədə hesabı açsa da, qol ofsayt səbəbilə ləğv edilib.

İkinci hissədə hücumlarının kəsərini artıran “Barsa” 57-ci dəqiqədə De Yonqun qolu ilə önə keçib. Qarşılaşmanın 79-cu dəqiqəsində Qavi ikinci sıra vərəqəni alaraq meydandan qovulub.

Bundan sonra təşəbbüsü ələ alan “Qranada”da “Puertas” hesabı 89-cu dəqiqədə bərabərləşdirib - 1:0.

Qeyd edək ki, “Barselona” 20 turdan sonra turnir cədvəlində 32 xalla altıncı pillədə qərarlaşıb. “Barsa” lider “Real”dan 15 xal geri qalır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri