Yan
2022
17:59
153
24
2603
Virtual karabakh

İbrahimoviç “Venesiya”nı da “siyahısı”na daxil etdi, “Milan” səfərdə üç qola sevindi - VİDEO

9 Yan, 2022
17:59
2603

İbrahimoviç “Venesiya”nı da “siyahısı”na daxil etdi, “Milan” səfərdə üç qola sevindi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya A seriyasının XXI turunda “Milan” səfərdə “Venesiya” ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, hazırda oyun çoxluğu ilə turnir cədvəlinin lideri olan “rassionerilər” səfərdən rahat qələbə ilə dönüblər.

Rəqibinin qapısından üç cavabsız qol keçirən milanlılar üç xalı qazanan tərəf olublar.

Qarşılaşma “Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün də əlamətdar olub. Belə ki, matçın ikinci dəqiqəsində hesabı açan “İbra” bununla da çıxış etdiyi çempionatlarda ümumilikdə 80-ci komandanın qapısına yol tapa bilib.

Matçın qollarını təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri