10 
Yan
2022
17:24
189
15
3367
Virtual karabakh

Meyxanaçı qapıçı karyerasını bitirir: Klub rəhbərliyi ilə görüşəcək - FOTO

10 Yan, 2022
17:24
3367

Meyxanaçı qapıçı karyerasını bitirir: Klub rəhbərliyi ilə görüşəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin sabiq qapıçısı Kamran Ağayev karyerasını bitirir.

Oxu.Az xəbər verir ki, bu barədə “futbolinfo” saytı məlumat yayıb.

Məlumata görə, bir ay sonra 36 yaşını qeyd edəcək Ağayev çıxış etdiyi “Səbail” klubu ilə yollarını ayırıb. Buna səbəb olaraq onun özünü məşqçi kimi sınamaq istəyi göstərilir. Belə ki, AFFA-dan millinin sabiq qolkiperinə aşağı yaş qrupları üzrə yığmalardan birində qapıçılarla iş üzrə məşqçi işi təklif olunub. O da bu təklifi qəbul edib.

Klubun mətbuat katibi Mehriban Mürsəlova isə Oxu.Az-a açıqlamasında Kamranın klub rəhbərliyi ilə bu gün görüşəcəyini və bundan sonra qərarın açıqlanacağını bildirib.

Qeyd edək ki, Kamran Ağayev peşəkar idman karyerası ilə yanaşı, güclü yumor hissi və meyxana deməsi ilə də məşhurlaşıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri