11 
Yan
2022
16:03
20
487
10022
Virtual karabakh

Türkiyəli futbolçunun öldüyü qəzanın görüntüləri - ANBAAN VİDEO + YENİLƏNİB

11 Yan, 2022
16:03
10022

Türkiyəli futbolçunun öldüyü qəzanın görüntüləri - ANBAAN VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Türkiyənin “Konyaspor” klubunun futbolçusu Əhməd Çalık idarə etdiyi avtomobili ilə qəza törədərək faciəvi şəkildə ölüb. 

Artıq Türkiyə mətbuatında 28 yaşlı müdafiəçinin düşdüyü qəzanın anbaan görüntüləri yayılıb. 

Videoda futbolçunun avtomobili sürətlə idarə etməsi, daha sonra qəzaya uğraması əks olunub.

Çalıkın avtomobildə təhlükəsizlik kəmərindən istifadə etmədiyi və bunun da ölümünə səbəb ola biləcəyi ehtimal edilir. O, Ankaraya nikahı üçün tarix seçməyə gedirmiş.

Qeyd edək ki, 2020-ci ildən “Konyaspor”da çıxış edən oyunçu səkkiz dəfə Türkiyə yığmasının formasını geyinib. 

2017-2020-ci illərdə “Qalatasaray”ın şərəfini qorumuş müdafiəçi 2017/2018 və 2018/2019 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.

11:52

Türkiyəli futbolçu Əhməd Çalık yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

O, “Konyaspor” futbol klubunda oynayıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2016-17-ci illərdə “Qalatasaray” komandasının da şərəfini qoruyub. O, həmçinin səkkiz dəfə Türkiyə millisinin heyətində meydana çıxıb.  

Mənbə: İHA

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri