11 
Yan
2022
15:24
213
61
5119
Virtual karabakh

AFFA karyerasını bitirən Kamran Ağayevə iş verdi

11 Yan, 2022
15:24
5119

AFFA karyerasını bitirən Kamran Ağayevə iş verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan milli komandasının sabiq qapıçısı Kamran Ağayevlə görüşüb.

Oxu.Az xəbər verir ki, E.Məmmədov futbolçu karyerasını başa vuran Kamran Ağayevə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

K.Ağayev karyerası ərzində Türkiyə, Portuqaliya, Çexiya klublarında çıxış edib və Azərbaycan milli komandasının heyətində 79 oyun keçirib. AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri