12 
Yan
2022
15:03
178
36
2521
Virtual karabakh

“Qarabağ” Polşa klubunun qapıçısını heyətinə qatdı - FOTO

12 Yan, 2022
15:03
2521

“Qarabağ” Polşa klubunun qapıçısını heyətinə qatdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili ilə müqavilə imzalayıb.

Oxu.Az xəbər verir ki, 22 yaşlı futbolçu Polşanın “Yaqelloniya” klubundan mövsümün sonuna qədər icarəyə götürülüb.

Quqeşaşvilinin “Qarabağ”la icarə müqaviləsi başa çatdıqdan sonra onun transfer hüququnu əldə etmək səlahiyyəti Ağdam klubuna məxsusdur.

Transfer qiyməti 450 min avro kimi dəyərləndirilən Luka Quqeşaşvili ölkəsində Tbilisi “Dinamo”sunda, “Dila”da oynayıb, Polşanın “Yaqelloniya”, “Podlasye” və İspaniyanın “Rekre Qranada” klublarında legioner həyatı yaşayıb. O, sonuncu dəfə “Dila”da icarə əsasında çıxış edib.

Qeyd edək ki, əsas qapıçı Şahruddin Məhəmmədəliyev zədəli olduğundan, “Qarabağ” bu transferə ehtiyac görüb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri