12 
Yan
2022
22:04
15
121
4552
Virtual karabakh

Afrika Millətlər Kubokunda növbəti kuryoz hadisə - VİDEO

12 Yan, 2022
22:04
4552

Afrika Millətlər Kubokunda növbəti kuryoz hadisə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə builki Afrika Millətlər Kuboku deyəsən daha çox kuryoz hadisələrilə yadda qalacaq.

Növbəti belə insident Mavritaniya və Qambiya yığmaları arasında F qrupunun I tur oyunundan öncə baş verib. Belə ki, təşkilatçılar kobud səhvə yol verərək, Mavritaniya dövlət himninin əvəzinə başqa musiqi səsləndiriblər.

Lazımi melodiyanı tapmaq üçün bir neçə dəfə cəhd edilsə də, hamısı uğursuz olub. Nəticədə futbolçular himni musiqi müşayiəti olmadan ifa ediblər.

Qeyd edək ki, Tunis və Mali milli komandaları arasında F qrupunun ilk oyununda da insident yaşanıb. Baş hakim görüşü iki dəfə vaxtından əvvəl bitirib.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri