13 
Yan
2022
00:36
268
34
4708
Virtual karabakh

“Fənərbağça” Yoahim Lövlə anlaşdı

13 Yan, 2022
00:36
4708

“Fənərbağça” Yoahim Lövlə anlaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçisi bəlli olub.

Ölkə mediasına istinadən yayılan xəbərlərə görə, İstanbul təmsilçisi Yoahim Lövlə anlaşıb.

Klub prezienti Ali Koçla şəxsən Almaniyaya uçaraq futbol mütəxəssisilə görüşüb və Löv təklifi qəbul edib.

“Sarı-lacivərdlilər” Almaniya yığmasının sabiq baş məşqçisinə illik 5 milyon avro məvacib ödəyəcək. Löv 2022/2023 mövsümündən Superliqa təmsilçisinə başçılıq edəcək.

Qeyd edək ki, Yoahim Löv 1998-1999-cu illərdə də “Fənərbağça”nın sükanı arxasında olub. Təcrübəli mütəxəssis 2006 - 2021-ci illərdə rəhbərlik etdiyi Almaniya millisinə 2014-cü ildə dünya çempionluğunu qazandırıb. Türkiyə təmsilçisi isə bu yaxınlarda portuqaliyalı baş məşqçi Vitor Pereyranı istefaya göndərib. Onu mövsümün sonunadək İsmayıl Kartal əvəzləyib.

Mənbə: ntvspor.net

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri