13 
Yan
2022
01:33
191
45
4539
Virtual karabakh

İlin ilk “El Klasiko”sunu “Kral klubu” qazandı - VİDEO

13 Yan, 2022
01:33
4539

İlin ilk “El Klasiko”sunu “Kral klubu” qazandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə İspaniya Super Kubokuna start verilib.

Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanında dörd komandanın iştirakı ilə keçirilən turnirin ilk yarımfinal oyununda “El Klasiko” həyəcanı yaşanıb. Madrid “Real”ı "Kral Fəhd" adına stadionda “Barselona” ilə üz-üzə gəlib.

Klublar arasındakı ilin ilk qarşılaşmasında sevinən tərəf paytaxt komandası olub. Əlavə vaxtda vurulan qol “Real”ın qələbəsini rəsmiləşdirib  - 3:2.

Qeyd edək ki, “Kral klubu” yanvarın 13-də keçiriləcək “Atletiko” (Madrid) – “Atletik” (Bilbao) oyununun qalibi ilə görüşəcək. Final matçı yanvarın 16-da baş tutacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri