13 
Yan
2022
02:04
260
16
3817
Virtual karabakh

Portuqaliya kuboku: Renat Dadaşov komandasını yarımfinala çıxarıb - VİDEO

13 Yan, 2022
02:04
3817

Portuqaliya kuboku: Renat Dadaşov komandasını yarımfinala çıxarıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun icarə əsasında çıxış etdiyi "Tondela" Portuqaliya Kubokunda yarımfinala vəsiqə qazanıb.

Tondela şəhərinin eyniadlı təmsilçisi 1/4 finalda "Riu Ave"ni minimal hesabla üstələyərək bu uğura nail olub - 1:0.

Qarşılaşmada yeganə qolu məhz Dadaşov vurub. Əsas vaxtı qolsuz başa çatan görüşün 95-ci dəqiqəsində meydana çıxan 23 yaşlı hücumçu cəmi 1 dəqiqə sonra fərqlənərək, komandasını növbəti mərhələyə çıxarıb.

"Tondela"nın yarımfinaldakı rəqibi "Portimonensi" - "Mafra" cütünün qalibi olacaq.

Qeyd edək ki, Renat Dadaşov müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsusdur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri